Xınalıq yolunda baş verən sürüşməyə səbəb- şəlalənin məcrasını dəyişməsi olub
Nəticədə qaya parçaları sürüşərək nəqliyyat vasitələrinin yolunu bağlayıb
Bu gün Nəqliyyat Nazirliyinin ağır texnikası Quba rayonu, Xınalıq yolunda baş verən sürüşmə ərazsində işə başlayacaq. Bu barədə məlumatı ANS PREES-in bölgə müxbirinə Quba rayon icra baçısı Rauf Həbibov verib. Onun sözlərinə görə, texnika hadisə yerinə dünən axşam saatlarından gətirilib. Lakin gecə işləmək təhlükəli olduğundan işə başlanılmayıb. Xatırladaq ki, Xınalıq yolunun uçmasına səbəb - son zamanlar yağan intensiv yağışlar nəticəsində yaxınlıqdakı şəlalənin məcrasını dəyişməsi olub. Belə ki, suyun təsirindən böyük qaya parcaları sürüşərək nəqliyyat vasitəlrinin yolunu bağlayıblar. Nəticədə bir neçə kənd ilə nəqliyyat əlaqəsi kəsilib. /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 23.07.2008 10:33 © anspress.com |