Bütün Qafqazın Şeyxi jurnalistləri mətbuat günü münasibəti ilə təbrik edib
Şeyxulislam hacı Allahşükür Paşazadə təbrikində jurnalistlərə, “Siz bizim dilimiz, gözümüz və ürəyimizsiniz” – deyib

Əqər həbsdə olan jurnalistlərdən kimsə, əfv olunması ilə bağlı müraciət etsə, mən prezident yanında Əfv komissiyasının üzvü kimi bunun reallaşması üçün əlimdən gələni edəcəm. Bunu bütün jurnalistləri mətbuat günü ilə əlaqədar təbrik edən, Bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadə bəyan edib.
“Həbsdəki jurnalistlərin azadlığa buraxılması üçün onların özləri tərəfindən də müraciət daxil olmalıdır. Həbsdəki jurnalistlərdən belə bir müraciət daxil olarsa, Prezident yanında Əfv Komissiyasının üzvü kimi əlimdən gələn köməkliyi göstərməyə hazıram. Fikirləşirəm ki, mənim Şeyxülislamlığım mətbuatsız necə olardı? Siz bizim dilimiz, gözümüz və ürəyimizsiniz. Gördüyünüz işlər həqiqətən böyükdür. Kiçik problemlər hər yerdə var. Bir Şeyx kimi bütün jurnalistlərə həqiqəti yazmağı tövsiyə edirəm”. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 22.07.2008 20:07

© anspress.com