MDU-nun Bakı flialı İctimai-Siyasi Universitetin binasında yerləşəcək
İctimai-Siyasi Universitet isə başqa binaya köçürələcək

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı flialı İctimai-Siyasi Universitetin metronun Elmlər Akademiyası stansiyasının yaxınlığındakı binasında yerləşəcək. ANS-PRESS-ə universitetedən verilən məlumata görə, yeni tədris ilində yeni təhsil ocağı məhz, bu binada fəaliyyət göstərəcək. İctimai-Siyasi Universitet isə başqa binaya köçürələcək.
Xatırladaq ki, MDU-nun Bakı flialına filologiya elmlər doktoru Nərgiz Paşayeva rektor təyin olunub.

Gülnaz Qənbərli /ANSPRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 22.07.2008 19:19

© anspress.com