Petr Çex daha 5 il "Çelsi"də
İngiltərənin “Çelsi” komandası çexiyalı qapıçı Petr Çexin müqaviləsinin mwddətini uzadıb
Petr Çex, “Çelsi” ilə müqaviləsini yeniləməsindən çox xoşbəxt olduğunu bildirərək, ''ürəyimdəki "Çelsi" eşqi, ancaq komanda yoldaşlarım və "Çelsi" çalışanları deyil, azarkeşlər sayəsində də böyüyür'' dedi. Yeni sezonu səbirsizliklə gözlədiyini bildirən çexiyalı qapıçı, uğurlu bir sezon keçirəcəklərinə inandığını açıqlayıb. "Çelsi"nin baş məşqçisi Luis Felipe Skolari də kulubun P.Çexlə müqaviləni artırmasını məmnuniyyətlə qarşılayaraq, ''dünyanın ən yaxşı qapıçısı olan Petr Çexin, "Çelsi"də qalmasına görə çox sevinirəm '' deyə açıqlama verib. Komandanın 115 matçında meydana çıxan 26 yaşlı qapıçı, EURO -2008 Avropa futbol çempionatının final mərhələsində, Türkiyənin Çexiyanı 3-2 məğlub edərək ¼ finala çıxdığı qarşılaşmadan sonra, futbol mütəxəssislərinin tənqid hədəfinə çevrilmişdi. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 21.07.2008 23:51
© anspress.com
|