İspan Ulduzları Daşkənddə
İspaniya Milli Komandasının futbolçuları Puyol, İniesta və Fabreqas Özbəkistana səfər edib

Xüsusi təyyarə ilə Daşkəndə gələn ispan futbolçuları aeroportda Özbəkistan Futbol Federasiyasının və ulduz futbolçuları ölkyə dəvət etmiş "Kuruvçi" komandasının rəhbəliyi qarşılayıb. Daşkənd hava limanında rəsmi şəxslərlə yanaşı, çoxlu sayda azarkeş tərəfindən coşqu ilə qarşılanan İspaniya Milli Komandasının futbolçuları Puyol, İniesta və Fabreqas bu gün ilk olaraq Özbəkistan Futbol Federasiyasında olub. Federasiyanın binasına gələn ispan futbolçular, Özbəkistan Futbol Federasiyasının baş katibi Sərdar Rəhmətullayev ilə görüşərək, federasiyanın gördüyü işlər haqqında məlumat alıb. Baş katib Sərdar Rəhmətullayev, Puyol, İniesta və Fabreqasa, Özbəkistana səfər etdikləri üçün təşəkkür edərək, onlara özbək milli geyimi olan ''Çapan'' hədiyyə edib. Rəhmətullayev daha sonra ulduzlar ilə birlikdə özbək milli geyimində şəkillər çəkdirib.

İspaniya Millisinin futbolçuları günortadan sonra Intercontinental Tashkent Otelində mətbuat konfransı keçirib. Daha sonra,  azarkeşlər ilə MHSK Stadionunda görüşüb. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 21.07.2008 17:28

© anspress.com