10 yaşlı şahmatçımız erməni idmançısını məğlub edib
Məğrurə İmanlı bu uğura Soçidə keçirilən turnirdə imza atıb

Azərbaycan şahmatçısı erməni idmançısını növbəti dəfə məğlub edib. ANS PRESS-in məlumatına görə, 10 yaşlı Məğrurə İmanlı Rusiyanın Soçi şəhərində iyulun 10-dan 17-nə kimi Nonna Kaprindaşvilinin adına keçirilən şahmat üzrə turnirdə erməni idmançısına qalib gəlib. Nəticədə Məğrurə turnirin 8-12 yaşlılar idmançıları arasında birinci yeri qazanıb.
Qeyd edək ki, turnirdə bir sıra ölkələrin şahmatçıları iştirak edib./ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 21.07.2008 11:22

© anspress.com