«Daşnaksütun» partiyası erməni-türk komissiyasının yaradılmasına etiraz edib
Ermənistanın Daşnaksütun partiyası qondarma erməni soyqırımı barədə əsl həqiqətlərin üzə çıxacağından qorxub

Ermənistanın Daşnaksütun partiyası qondarma erməni soyqırımı barədə əsl həqiqətlərin üzə çıxacağından ehtiyat edir. Belə ki, partiya Ermənistan prezidenti Serj Sarkisyanın erməni-türk komissiyası yaranması barədə təklifini düzgün hesab etməyib. Arminfo-nun məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında «Daşnaksütun» partiyasının parlament fraksiyasının katibi Artyuşa Şahbazyan deyib.
Onun sözlərinə görə, qondarma erməni soyqrımı haqqında tarixi araşdırma aparmaq düzgün deyil. «Biz həmişə bu faktın mövcudluğunu şübhə altına qoymağın düzgün olmadığını demişik. Ola bilər ki, biz Serj Sarkisyanın əslində nə demək istədiyini düzgün başa düşməmişik. Buna görə, də biz hakimiyyətin bundan sonrakı xarici siyasətini izləməyə davam etməliyik»./ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 05.07.2008 14:51

© anspress.com