Ermənistan müxalifəti ölkənin hazırkı prezidenti Serj Sarkisyana ultimatum verib
Tələblər yerinə yetirilməsə, müxalifət avqustun 1-də keçirilməsi planlaşdırılan ümumurespublika mitinqində Serj Sarkisyanın istefasını istəyəcək
Ermənistan müxalifətinin lideri Levon Ter-Petrosyan tərəfdarlarının Qədim Əlyazmalar İnstitutunun qarşısındakı Matendaran meydanında keçirilən mitinqində ölkə prezidenti Serj Sarkisyana ultimatum göndərib. Ter-Petrosyan bildirib ki, əgər irəli sürülən tələblər yerinə yetirilməsə, avqustun 1-də keçirilməsi planlaşdırılan ümumrespublika mitinqində müxalifət Serj Sarkisyanın təcili istefasını və növədənkənar prezident seçkisinin keçirilməsini tələb edəcək. "Avqustun 1-nə kimi Sarkisyan bütün siyasi məhbusları azad etməli, müxalifət tərəfdarlarına, o cümlədən sahibkarlara qarşı polis və vergi terrorunun qarşısını almaq üçün addımlar atmalıdır. Bizim ultimatumlarımız arasında 1 mart hadisələrinin təşkilatçılarının, eləcə də Ermənistanın eks prezidenti Robert Koçaryanın tez bir zamanda məsuliyyətə cəlb edilməsi tələbi də var". © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 05.07.2008 13:05 © anspress.com |