Bu gündən qılınc oynadanlarımız Avropa Çempionatının medalları uğrunda mübarizə aparacaqlar
Mükafat fondu 250 min avro təşkil edən çempionat iyulun 10-da başa çatacaq
Bu gündən qılınc oynadanlarımız Avropa Çempionatının medalları uğrunda mübarizə aparacaqlar. Qadın sablyaçıların Kiyev mücadiləsində ölkəmizin idman şərəfini Janna Muradqızı, Sabina Mikina və Sevil Bünyatovadan ibarət trio qoruyacaq. Oğlanların çempionatında isə korpücük üzərində Ramin Əmirov, Yusif Budaqov və Namiq Ağakərimov qılınc oynadacaq. Şpaqaçıların turnesində isə 5 qılıncoynadanımız bacarığını nümayiş etdirəcək. Qadın şpaqaçıların yarışında Elmira Xudaverdiyeva etimadı doğrultmalıdır. Oğlanlar arasında isə Afis Quliyev, Vəkil Nəsibov, Etibar Namazov və Mehrab Həsənov yarışacaq. Mükafat fondu 250 min avro təşkil edən çempionat iyulun 10-da başa çatacaq. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 05.07.2008 12:52 © anspress.com |