Azərbaycan və Ermənistan şahmat yığmaları qarşılaşa bilər
FIDE prezidenti Kirsam İlumjinov Azərbaycan və Ermənistan şahmat yığmaları arasında dostluq görüşü keçirilməsi barədə təklif verib
FIDE (Beynəlxalq Şahmat federasiyası) prezidenti Kirsam İlumjinov Azərbaycan və Ermənistan şahmat yığmaları arasında dostluq görüşü keçirilməsi barədə təklif verib. Şimali Koreyaya səfərə hazırlaşan K.İlumjinov, Şimali və Cənubi Koreya sərhədi hesab edilən 44-cü paralel boyu 100 şahmat masası düzərək orada İsrail-Fələstin, Azərbaycan-Ermənistan və Moldova-Dnestryanı şahmatçıları arasında dostluq matçları təşkil etmək istəyir. FİDE prezidenti Koreyaya səfəri zamanı matçın təşkil edilməsi ilə bağlı danışıqlar aparacaq. Qeyd edək k, Azərbaycan-Ermənistanın kişilərdən ibarət şahmat üzrə komandaları sonuncu dəfə 2007-ci ildə Yunanıstanda Dünya çempionatında görüşüblər. Bu görüş 2-2 hesabı ilə başa çatıb./ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 05.07.2008 12:25 © anspress.com |