Musiqili Komediya Teatrı «Arşın mal alan» tamaşasının məşqlərinə başlayıb
Yeni quruluşda hazırlanan tamaşa Üzeyir Hacıbəyovun yubileyində təqdim ediləcək

70-ci mövsümünü başa vurmağa hazırlaşan Musiqili Komediya Teatrı yeni quruluşda hazırlanan «Arşın mal alan» tamaşasının məşqlərinə başlayıb. Tamaşa 63 ildən sonra yenidən teatrın səhnəsində oynanılacaq.
Vaxtilə Rəşid Behbudov, Bülbül kimi sənətkarların ifa etdiyi Əsgər rolu bu dəfə gənc aktyor Əkbər Əlizadənin öhdəsinə düşüb. Tamaşanın rejissoru Tahir Tahirov, dirijoru Nazim Bəykişiyev, baletmeysteri Zakir Ağayevdir. Rolları Nahidə Orucova, Anar Şuşalı, İnarə Babayeva və başqaları ifa edirlər. Tamaşa sentyabr ayında Üzeyir Hacıbəyovun yubileyində təqdim ediləcək./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 05.07.2008 11:52

© anspress.com