Dövlət Neft Şirkətinin proqnozlarına görə, 2008-ci ildə Azərbaycanda 50 milyon ton neft çıxarılacaq
Azərbaycan hökuməti neft hasilatını yüksək sürətlə artırmağa ehtiyac görmür

Azərbaycan hökuməti neft hasilatını yüksək sürətlə artırmağa ehtiyac görmür. İqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, çünki neftin sürətlə bahalaşması ölkəyə sabit gəliri təmin edir.

Dövlət Neft Şirkətinin proqnozlarına görə, 2008-ci ildə Azərbaycanda 50 milyon ton neft çıxarılacaq. Gələn il isə bu rəqəm 60 milyon tona çatmalıdır. H.Babayev qeyd edib ki, neft gəlirlərindən ehtiyatla istifadə olunur: “Hökumət Neft Fondunda toplanan pullara ehtiyatla yanaşır və onlar yalnız böyük ehtiyac olanda istifadə edilir”. Ölkədə inflyasiyann səviyyəsinə gəlincə, nazirin sözlərinə görə, yay mövsümündə qiymət artımı səngiyib.

H.Babayevin sözlərinə görə, neft-qaz sahəsində layihələrin həyata keçirilməsi ölkənin iqtisadi inkişafı üçün baza yaradıb. Nəticədə dünyadakı iqtisadi böhrana baxmayaraq 2008-ci ildə Azərbaycanda iqtisadi artım sürəti ikirəqəmli həddə olacaq və ölkə iqtisadi artım sürətinə görə dünyada lider mövqelərini saxlayacaq. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 05.07.2008 11:18

© anspress.com