"Türkiyə Konstitusiya Məhkəməsinin qərarından sonra qiyamət qopacaq"
Bunu Türkiyə Konstitusiya Məhkəməsinin Başqan Vəkili Osman Paksüt jurnalistlərə açıqlamasında deyib

Türkiyədə hər kəs Türkiyə Konstitusiya Məhkəməsinin (Ana Yasa Məhkəməsi) hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) barədə nə qərar verəcəyini gözləyir. Bu partiyanın bağlanması iddiası ilə Türkiyə Konstitusiya Məhkəməsinə Türkiyə Baş Prokuroru Abdurrahman Yalçınqaya iddia qaldırıb.

Konstitusiya Məhkəməsinin Başqan vəkili Osman Paksüt isə jurnalistlərə maraqlı açıqlama verib: “Bunu indidən söyləyim ki, məhkəmə qərarından sonra qiyamət qopacaq. Qiyamətin olacağı qaçılmazdı, hər iki qərar - AKP-nin bağlanması və ya iddianın rədd edilməsi qiyamətə gətirib çıxaracaq”.

Qeyd edək ki, baş prokuror hakim partiyanın çevriliş edib, Türkədə İslam dövləti qurmaq istədiyini iddia edir. Və o, prezident Abdulla Güldən başqa, AKP-nin liderlərindən olan baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyə Milli Məclisnin sədri Bülənt Arınç da daxil olmaqla, AKP-nin 37 millət vəkilinin siyasi fəaliyyətinin 5 il müddətinə yasaqlanmasını istəyir.

Banıçiçək. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 05.07.2008 11:13

© anspress.com