Yay Olimpiya Oyunları zamanı Çində Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək
Bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib

«Pekində keçiriləcək Yay Olimpiya Oyunları zamanı Çinin paytaxtında Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək». Bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Nazirin sözlərinə görə, olimpiya oyunlarına lisenziya qazanmış 44 azərbaycanlı idmançının Pekinə getmək üçün nəqliyyat, otel və digər problemləri yaxın günlərdə həll olunacaq. İdmançılardan əvvəl Çinin paytaxtına bir neçə federasiyanın prezidentinin səfəri planlaşdırılır.

Qeyd edək ki, Pekin Yay Olimpiya Oyunları avqustun 8-də start götürür. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 05.07.2008 10:53

© anspress.com