Ucqar rayonlarda 1500-2000 ali təhsilli tibb mütəxəssisinə ehtiyac var
Bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Sənan Kərimov bildirib

«Ölkənin ucqar rayonlarında həkim çatışmazlığı problemi hələ də qalır, hazırda həmin bölgələrdə təxminən 1500-2000 ali təhsilli tibb mütəxəssisinə ehtiyac var». Bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Sənan Kərimov bildirib. Onunu sözlərinə görə, Səhiyyə Nazirliyi problemi aradan qaldırmaq üçün ciddi işlər görür. O, həmçinin əlavə edib ki, əvvəlki illərlə müqayisədə problem qismən həllini tapıb və gənc həkimlər rayonlarda işləməyə həvəslidir./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 05.07.2008 10:44

© anspress.com