Tarif Şurası dəmiryolu nəqliyyatında tarifləri dəyişməyi planlaşdırmır
Heydər Babayev bildirib ki, nə Bakı Metropoliteni, nə Azərbaycanın Dəmir Yolu İdarəsi Tarif Şurasına bununla bağlı müraciət etməyib
Tarif Şurası hələ ki, dəmiryolu nəqliyyatında tarifləri dəyişməyi planlaşdırmır. Bu barədə Tarif Şurasının sədri, iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib. Onun sözlərinə görə, hələlik nə Bakı Metropoliteni, nə Azərbaycanın Dəmir Yolu İdarəsi Tarif Şurasına dəmiryolu daşımalarının, həmçinin metroda gediş haqqının dəyişilməsi haqda müraciət etməyib. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 05.07.2008 10:31 © anspress.com |