İrəvanda müxalifətçilərlə polislər arasında toqquşmalar başlayıb
Bir neçə min müxalifətçi Şimal prospektində çadırlar qurmaq istəyir

Ermənistan müxalifəti İrəvandakı Teatr meydanına daxil olmağa cəhd göstərir. Bu meydanda martın 1-nədək müxalifətin fasiləsiz oturaq aksiyaları keçirilib və nəticədə kütləvi iğtişaş baş verib.
Ermənistan Ümummilli Hərəkatının nümayəndəsi Levon Zurabyan aksiya iştirakçılarını təxribatlara uymamağa və hüquq-mühafizə orqanlarının işinə Mane olmamağa çağırsa da, onun çağırışına hamı əməl etmir. İndiyədək polislə aksiya iştirakçıları ilə bir ençə xırda toqquşmanın baş verməsi barədə məlumatlar var. Qeyd edək ki, müxalifət tərəfdarları Şmal prospektinə toplaşmaqda israr edir. Həmin əraziyə qədər gələn təxminən 2000 müxalifətçi çadırlar qurmağa hazırlaşır. Müxalifətin aksiyası bir qədər əvvəl «Matenadaran» meydanında mitinqlə başlayıb. Aksiyada hakimiyyətə itaətsizliyə çağırışlar səslənib. Müxalifət lideri Levon Ter-Petrosyan isə ölkədə diktaturanın qurulmasından narahat olduğunu bəyan edib. Onun fikrincə, Serj Sarkisyanın hakimiyyəti qorumaq üçün bir yolu var-«öz müəllimləri Robert Muqabe və Səddam Hüseyndən nümunə götürərək, ölkədə diktatura qurmaq». /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 05.07.2008 00:09

© anspress.com