Ermənistan futbolçularına Kiprdə oğru kimi baxırlar
Bir futbolçu mobil telefon, iki hakim isə mağazadan alt paltarı oğurlayanda yaxalanıb
Ermənistanın futbol arbitrının iki köməkçisi - Artur İqityan və Arman Yeritsyan Ölkənin Futbol Federasiyasından ömürlük qovulub. Səbəb - hər iki şəxsin Kiprin Limasol şəhərindəki marketlərindən birindən oğurluq etməsidir. Ermənistanın Futbol Federasiyasının yaydığı məlumata əsasən, bu il iyunun 28-də, İntertoto kuboku çərçivəsində Kiprin «Etnikos Axnas» və Albaniyanın «Besa» komandaları arasında keçirilən oyun zamanı Limasoldakı böyük mağazalardan birində oğurluq qeydə alınıb. Araşdırmalar və mağazadakı kameraların lent yazılarını tədqiq etdikdən sonra məlum olub ki, oğurluq edənlər - alban və Kipr komandalarında Karen Nalbandyanın rəhbərlik etdiyi arbitrlər qrupuna daxil olan Yeritsyan və İqityan olub. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 04.07.2008 19:10 © anspress.com |