«Şimal-Şərq» İnkişaf Layihəsinin dəyəri 25 milyon dollardan çoxdur
İsmət Abbasov: «Layihənin məqsədi məqsəd daxili suvarma sistemini yaxşılaşdırmaq, kənd təsərrüfatının inkişaf etdirməklə ərzaq təhlükəsizliyini yaratmaqdır»
İcrasına 2007-ci ildən başlanılan «Şimal-Şərq İnkişaf Layihəsi»nin ümumi dəyəri 25 milyon dollardan artıqdır. Məlumatı sözügedən layihə çərçivəsində Dəvəçidə bölgə üzrə su istifadəçiləri ilə keçirilən tədbirdə kənd təsərrüfatı naziri İsmət Abbasov ANS-ə ekskluziv müsahibsəində səsləndirib. Onun bildiridiyinə görə, «Şimal-Şərq İnkişaf Layihəsi» Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı üzrə Fondla Azərbaycan hökuməti arasında bağlanmış sazişə əsasən həyata keçirilir. Nazir layihənin məqsədini də açıqlayıb. Onun sözlərinə görə, məqsəd daxili suvarma sistemini yaxşılaşdırmaq, kənd təsərrüfatının inkişaf etdirməklə ərzaq təhlükəsizliyini yaratmaqdır. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 04.07.2008 21:59 © anspress.com |