Xaçmazda istirahət mərkəzində adam boğulub
23 yaşlı Nicat Əli oğlu Salmanov hovuzda üzmək istəyirmiş
Bu gün saat 15 radələrində Xaçmaz rayonunun Müqtədir qəsəbəsindəki istirahət mərkəzlərindən birində müştəri boğulub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Şəki şəhəri, Ziya Bünyadov küçəsindəki 52 saylı evdə yaşayan 23 yaşlı Nicat Əli oğlu Salmanov, istirahət mərkəzinin həyətindəki hovuzda çimərkən batıb. Qeyd edək ki, mərhum ali məktəb tələbəsidir. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 04.07.2008 18:44 © anspress.com |