Fransanın Azərbaycandakı səfirliyi «insafa gəldi»…
Azərbaycanın çimərlik futbolu üzrə yığmasına vizaları səfirlik yalnız mətbuatın təzyiqindən sonra verdi



İki gün əvvəl Azərbaycanın Çimərlik Futbolu üzrə yığma komandasına vizalar verməkdən imtina edən Fransanın ölkəmizdəki səfirliyi mətbuatda gedən məlumatlara və təzyiqə dözmədi. Aldığımız məlumata görə, səfirlik komanda üzvlərinə viza verdi. Lakin bu dəfə çimərlik futbolçuları bu ölkəyə getməkdən imtina etdi. Səbəb - bu addımın çox gec atılması, nəticədə də komandanın Avropa çempionatına lazımi səviyyədə hazırlıq görə bilməyəcəyidir. Aytən Səfərova /ANS Press/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 04.07.2008 18:03

© anspress.com