Qalatasaray transfer bombasını partlatdı
Avstraliya Millisinin oyunçusu Hary Kewell bu axşam İstanbula gələcək
Ötən sezon Cassio Linkolnu transfer edərək, Avropada özündən söz etdirən Qalatasaray, bu sezon ilk səs-küylü transferini reallaşdırdı. Çempionat bitdikdən sonra transfer çalışmalarına başlayan komandanın idarəçilərindən Haldun Üstünəl və Futbol A.Ş. müdürü Adnan Sezgin ilk transfer bombasını partlatdı. Avstraliya Millisinin futbolçusu Harry Kewell artıq Qalatasaraylıdır. O, bu axşam İstanbula gələcək, öncə həkim müayinəsindən keçəcək futbolçu daha sonra komanda ilə 2 illik rəsmi müqavilə imzalayacaq. Komandanın idarəçisi Haldun Üstünəl Kewellin transferinin onları çox həyəcanlandırdığını bildirib və əlavə edib ki, “məqsədimiz 2000-ci ildəki uğurlarımzı təkrarlamaqdır”. Elvin /ANS Press/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 04.07.2008 18:07 © anspress.com |