İlham Əliyev bu gün Çexiyanın xarici işlər nazirini qəbul edib
Karel Şvartsenberq Çexiya Respublikasının Azərbaycana səfər edən ilk xarici işlər naziri olduğunu vurğulayıb
Prezident İlham Əliyev bu gün Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AzərTAC-ın məlumatına görə, dövlət başçısı Azərbaycanla Çexiya arasında münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib. Ölkələrimizin regional və beynəlxalq çərçivədə əməkdaşlığına toxunan Prezident İlham Əliyev GUAM-ın Batumi sammitində Çexiya tərəfinin iştirakının əhəmiyyətini qeyd edib. Dövlət başçısı ikitərəfli əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb və qonağın ölkəmizə bu səfərinin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini söyləyib. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 04.07.2008 17:37 © anspress.com |