Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Qabriel Keller daha sonra öz etimadnaməsini Prezident İ.Əliyevə təqdim edib
Bu gün xarici işlər nazir Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Qabriel Kellerin etimadnaməsinin surətini qəbul edib. XİN-in mətbuat xidmətinin məlumatına görə, nazir E. Məmmədyarov Fransa ilə Azərbaycan arasında mövcud olan münasibətləri yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 04.07.2008 17:38 © anspress.com |