Rusiya və Türkmənistan prezidentlərinin təkbətək görüşü 1 saatdan şox davam edib
D.Medvedev və Q.Berdımuxammedovun nə müzakirə etdiyi hələ ki, açıqlanmır
Rusiya prezidenti Dmitri Medvedevin həmkarı Qurbanqulu Berdimuhəmmədovun dəvəti ilə Türkmənistana rəsmi səfəri davam edir. Bir qədər əvvəl onun turkmən həmkarı Qurbanqulu Berdımuxammedovla təkbətək görüşü başa çatıb. Daha sonra prezidentlər hər iki ölkənin hökumət nümayəndələrinin iştirakilə geniştərkibli danışıqlara qatılıb. Danışıqlarda ikitərfəli əlaqələr, Xəzər dənizində əməkdaşlıq, yanacaq energetika sahəsi, terrorizmlə mübarizə, eləcə də İrandakı vəziyyəti müzkirə edilir. Görüş çərçivəsində bir sıra müqavilər bağlanacaq, iki ölkənin Xarici İşlər Nazirlikləri, Rusiya Mədəniyyət Nazirliyi ilə Türkmənistanın Mədəniyyət Nazirliyi arasında memorondum imzalanacaq. Xatırladaq ki, Medvedev Aşqabada Bakıdan birbaşa yollanıb. İyulun 5-də isə o, Qazaxıstana, sonra isə «böyük səkkizliy"in görüşündə iştirak etmək üçün Yaponiyaya gedəcək. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 04.07.2008 17:55 © anspress.com |