Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb
Nəticədə 9 nəfər ölüb
Rusiyanın Yamal vilayətində “Utair” aviaşirkətinin “Mi-8” helikopteri qəzaya uğrayıb. Helikopterdə üç ekipaj üzvü və 13 neftçi olub. Onlar Noyabrskdan Varqinsk yatağına uçurmuş. Enmə zamanı helikopterdə yanğın baş verib və o, yerə düşüb. Nəticədə 9 nəfər həlak olub. Altı nəfər yaralı isə hazırda Noyabrskda xəstəxanaya yerləşdirilib. Onlardan dördü reanimasiyadadır. Ölənlərdən birinin adı İlamət Əhməd oğlu Allahverdiyevdir. Onun hansı ölkənin vətəndaşı olduğu açıqlanmayıb. Helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb. Helikopterin qara qutusu da Moskvaya gətirilib. /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 04.07.2008 16:56 © anspress.com |