Təhsil İdman Mərkəzində üzgüçülük üzrə açıq yay çempionatı keçirilir
Bu gün idmançılar bras üsulu ilə 50, baterflay növündə 100, sərbəst və arxası üstə isə 200 metr məsafəyə üzməkdə ən güclüləri müəyyən edəcəklər

Təhsil İdman Mərkəzində üzgüçülük üzrə açıq yay çempionatı keçirilir. Yarışda Özbəkistandan üzgüçülər də iştirak edirlər. İkinci yarış günü özbək Kristina Vadanitska kompleks növdə 400 metrəyə üzməkdə rəfiqələrini üstələyərəy açıq çempionatın 2-ci qızıl medalını qazanıb.

Oğlanların yarışında isə Elgün Babayev hamıdan güclü olub. Bras üsulu ilə 100 metrəyə üzməkdə olimpiyaçımız Oksana Hətəmxanovaya gözün üstə qaşın var deyən tapılmayıb. Bu distansiyanı oğlanlar arasında Cavid Qurbanzadə birinci qət edib. Sərbəst üsulla 100 metrəyə üzməkdə qələbəni qızlar arasında Esmira Hüseynova, oğlanlarda isə Teymur Quliyev bayram edib.

Arxası üstə 50 metrəyə üzməkdə də həmyerlilərimiz birinci olublar. Qızların turnirində Yelena Paşutina, oğlanlarda isə Boris Kirilov fərqlənib. Bu gün idmançılar bras üsulu ilə 50, baterflyay növündə 100, sərbəst və arxası üstə isə 200 metr məsafəyə üzməkdə ən güclüləri müəyyən edəcəklər. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 04.07.2008 16:50

© anspress.com