Son beş gündə 61 nəfər qidadan zəhərlənib
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatına görə, onlardan 16-sı dönərdən zəhərlənib

Bakıda son beş gün ərzində keyfiyyətsiz qidadan zəhərlənənlərin sayı 61-ə çatıb. Bu barədə məlumatı ANS PRESS-ə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Baş həkiminin müavini Rauf Nağıyev verib. Onun sözlərinə görə, müraciət edənlərdən 47 nəfəri xəstəxanaya yerləşdirilib. Onlardan 16-sı  toyuq əti ilə dönər yeyən fəhlələrdir.

Ümumiyyətlə, həkimlər isti yay günlərində qida qəbulu ilə daha ehtiyatlı olmağı tövsiyə edirlər. Onların sözlərinə görə, isti havada ərzaq məhsulları tez xarab olur. Bu səbəbdən də bütün yeməkləri və içkiləri mümkün qədər soyuducuda saxlamaq məsləhət edilir.

Azər /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 04.07.2008 16:32

© anspress.com