«Əl Qaidə» ilə əməkdaşlıqda ittiham edilən dəstənin qapalı məhkəmə istintaqı başa çatıb
Məhkəmə iyulun 14-də dövlət ittihamçısının çıxışı ilə davam edəcək
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əflatun Qasımovun sədrliyi ilə «Əl Qaidə» terror təşkilatı ilə Xatırladaq ki, cinayət işi üzrə “Əbu Cəfər” adlı şəxs və qrupun digər üzvləri - Mirzə Babayev, Qədir Hacıyev, Vüqar Əliyev, Emin Cami, Loğman Muradov, Habil Məsməliyev və Pərviz Kərimov, Vidadi Kərimov, Adil Gərayxanov, Vitali Ağaməmmədov, Asəf Həzərov, Daniyal Abuyev, Rafael Rəhimov və “Əbdul Malik” və “Hacı” ləqəbləri ilə tanınan Elçin Əlimirzəyev təqsirləndirilirdi. Iş üzrə üç nəfər zəzəçəkmiş var. Dəstə üzvlərinə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun dəstləşdirici hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 04.07.2008 15:03 © anspress.com |