Şəkidə sel nəticəsində bir çox evi su basıb
Leysan nəticəsində rayonda işıqlar da kəsilib
Bu gecə Azərbaycanın şimal-qərb bölgəsinə yağan leysan Şəkidə təbii fəlakətə səbəb olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qasırğa və dolu ilə müşayiət olunan leysan nəticəsində yollar pis vəziyyətə düşüb. Ağaçlar qırılıb. Bəzi kəndlərdə sel suları bəzi evlərin zirzəmisinə dolub. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 04.07.2008 12:18 © anspress.com |