Minskdə Müstəqillik Günü münasibətilə keçirilən konsertdə partlayış baş verib
Nəticədə 50 nəfər yaralanıb

Bu gecə Belarusun Minsk şəhərində “Minsk - qəhərman şəhər” abidəsinin qarşısında Müstəqillik günü münasibətilə keçirilən konsertdə partlayış baş verib. İlkin məlumatlara görə, əldə qayrılmış partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 50-yə yaxın adam yaralanıb. Hazırda şəhər xəstəxanasına 47-ə yaxın yaralı gətirilib. Belarusun Səhiyyə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, xəstəxanaya gətirilənlər əsasən əl və qol nahiyələrində müxtəlif xəsarətlər alıblar.
Şəhər Daxili İşlər İdarəsinin rəisi, general Anatoli Kuleşov hadisəni "xuliqanlıq" adlandırıb. Faktla bağlı konkret hansı maddə ilə bağlı cinayət işi açıldığı bildirilmir. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 04.07.2008 11:06

© anspress.com