Müslüm Maqomayevin səhhəti normallaşıb
Ürəyində kəskin ağrılarla xəstəxanaya aparılan məşhur müğənni evə buraxılıb

Məşhur müğənni, SSRİ-nin Xalq Artisti, həmyerlimiz Müslim Maqomayev artıq özünü normal hiss edir. Bu barədə ANS Pressə müğənninin həyat yoldaşı Tamara Sinyavskaya məlumat verib. O, bildirib ki, M.Maqomayev ürəyində kəskin ağrılar hiss edib. Vəziyyəti pisləşdiyindən dərhal xəstəxanaya çatdırılıb və onu Rusiyanın ən məşhur kardioloqları müayinə edib. T.Sinyavskaya bildirib ki, hazırda Müslüm Maqomayev evdə müalicəsini davam etdirir və özünü yaxşı hiss edir.

Aytən Səfərova /ANS Press/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 04.07.2008 10:01

© anspress.com