Türkiyənin hakim partiyası Konstitusiya Məhkəməsində müdafiə çıxışını başa vurub
200 səhifəlik müdafiə nitqi ilə çıxış edən Cəmil Çiçək hakim paritiyanın Türkiyədə dünyəviliyə təhlükə yaratmadığını bildirib
Türkiyənin Konstitusiya Məhkəməsində bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi f'aliyyətinin dayandırılması iddiası üzrə qapalı iclas keçirilib. İclasda çıxış edən dövlət naziri Cəmil Çiçək və Türkiyə parlamentinin sədr müavini Bəkir Bozdağ hakim partiyanın mövqeyini müdafiə ediblər. Ədalət və İnkişaf Partiyası adından 200 səhifəlik müdafiə nitqi ilə çıxış edən Cəmil Çiçək hakim paritiyanın Türkiyədə dünyəviliyə təhlükə yaratmadığını sübuta yetirməyə çalışıb. Dövlət naziri çıxışında partiyanın hakimiyyətdə olduğu 6 illik fəaliyyəti haqqında məlumat verib, bu illərdə paritiyanın daxili, xarici, iqtisadi sahədə siyasətindən danışıb. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 04.07.2008 01:42 © anspress.com |