Azərbaycan dəniz daşımaçılığında Xəzəryanı ölkələrlə rəqabət aparır
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsi isə yükdaşımanın həcmini daha da artırmaq niyyətindədir

Neft və neft məhsullarının daşınmasında Rusiya, Qazaxıstan, Türkmənistan, İran gəmiləri ilə rəqabət aparan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi yükdaşımanın həcmini daha da artırmaq niyyətindədir. Bu sahədə artıq xarici şirkətlərlə əməkdaşlıq edən qrum yaxın vaxtlarda Sənqəçalla Qazaxıstanın Aktau limanı istiqamətində “Şevron” şirkətinin yükdaşımasını da həyata keçirəcək.
Sərnişindaşımada isə, vəziyyət qənaətbəxş hesab edilmir. Dövlət Xəzər Dəniz Gəmiçiliyində hesab edirlər ki, Azərbaycan gəmiçiliyinin tərkibində sırf sərnişinlər üçün nəzərdə tutulan gəmilər yox dərəcəsindədir. Qurum rəisinin I müavini Rəfael Rəhmanov bəzi gəmilərin artıq yoxlamadan keçdiyini də bildirib.
“Norveçin "Statoyl" şirkəti tərəfindən bizim 5 gəmimiz inspeksiya olundu, inspektorlar tərəfindən gəmilərə yaxşı qiymət verildi. Həmin “Nigar Rəfibəyli”, “Cəlil Məmmədquluzadə”, “Professor Əziz Əliyev”  gəmiləri "Statoyla" məxsus olan neftin daşınmasına qəbul olunub. Artıq birinci səfərimiz Türkmənistanın Akarem limanından Bakı limanına planlaşdırılır. Əvvəllər sərnişindaşıma əsas Türkmənistanın “Türkmənbaşı” limanından həyata keçirilirdi. Ordan çoxlu sərnişin gəlirdi. Amma son vaxtlar Türkmənistanda viza rejimi tətbiq olunduğundan türkmənistan istiqamətində turistlərin və sərnişinlərin gediş-gəlişi azalıb. Bu gün əsas gedişlər Qazaxıstanın Aktau limanındandır”. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 03.07.2008 20:31

© anspress.com