Qəbələdə iki başlı, 4 gözlü quzu olub
Quzu bu gün səhər dünyaya gəlib
Qəbələdə qeyri adi hadisə baş verib. Bu gün səhər rayonun Tola kəndində iki başı olan quzu doğulub. Quzu Qorxmaz Əliyev adlı kənd sakininə məxsus təsərrüfatda doğulub. Təsərüffat sahibinin ANS PRESS-ə verdiyi məlumata görə, quzunun iki başdan əlavə, 4 gözü, 3 qulağı da var. O, belə hala ilk dəfə qarşılaşdıqlarını, əvəllər kənddə anormal heyvanların doğulmadığını deyib. /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 03.07.2008 15:34 © anspress.com |