Dəniz körpüsü ilə bağlı layihə yaxın vaxtlarda Azərbaycan hökumətinə təqdim ediləcək
Təqdimatda körpünün son dizaynı, quruluşu, texniki imkanları və digər parametrlər əksini tapacaq
Cənubi Koreyanın «Dong sung engineering» şirkəti «Bakı körfəzi dəniz körpüsü» layihəsinin texniki-iqtisadi əsaslandırılması yaxın vaxtlarda Azərbaycan hökumətinə təqdim edəcək. Bu barədə açıqlamasında Təqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib. Sədrəddin Məmmədovun sözlərinə görə, hazırda koreyalı mütəxəssislər «Bakı körfəzi dəniz körpüsü» layihəsinin təqdimatı üzərində işləyir: «Təqdimatda körpünün son dizaynı, quruluşu, texniki imkanları və digər parametrlər əksini tapacaq. S.Məmmədov həmçinin əlavə edib ki, bu təqdimatdan sonra Azərbaycan tərəfinin rəyləri nəzərə alınmaqla sənəd yenidən işlənəcək və güman olunur ki, bundan sonra körpünün tikintisi ilə bağlı qərarın qəbul edilməsi mümkündür. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 03.07.2008 12:22 © anspress.com |