«Hizbullah»ın hərbi qanadı Britaniyada terror təşkilatı elan edilib
Şeyx Həsən Nəsrullah: «Böyük Britaniya yəhudi dövlətinin yaradılmasına dəstək verməklə fələtsinlilərin evlərindən didərgin salınmasına görə məsuliyyət daşıyır»
Britaniya hökuməti «Hizbullah»ın hərbi qanadını terrorçu təşkilat elan edərək, ölkə ərazisində onun fəaliyyətini qadağan edib. Məsələ ilə bağlı rəhbərlik etdiyi qruplaşmaya məxsus telekanalal vasitəsilə çıxış edən Şeyx Həsən Nəsrullah Britaniyanın bu qərarının onun üçün gözlənilməz olmadığını bildirib. Qeyd edək ki, Britaniyanın baş naziri Qordon Braun Nümayəndələr Palatasında çıxışı zamanı bildirib ki, belə qərarın qəbul olunmasına səbəb «Hizbullah»ın İraqda və Fələstin ərazilərində həyata keçirilən terror aktlarında əlinin olmasıdır. Bununla yanaşı, o, iddia edib ki, Britaniya hökumətinin qərarı «Hizbullah»ın ölkə ərazisindəki ictimai və siyasi fəaliyyətinə təsir göstərməyəcək. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 03.07.2008 01:37 © anspress.com |