Dünyada ərzaq qıtlığı olması üçün heç bir səbəb yoxdur
BMT Baş katibinin iqtisadi inkişaf üzrə müavini Yomo Kvame Sandaram: “Dünyada ərzaq böranı yox, qiymət böhranı hökm sürür”
"Dünyada ərzaq böhranının baş verməsi üçün obyektiv səbəb yoxdur . Bu məsələni maliyyə fırıldaqçıları daha çox qazanmaq üçün ortaya atırlar". Bu fikirləri BMT Baş katibinin iqtisadi inkişaf üzrə müavini Yomo Kvame Sandaram səsləndirib. Onun sözlərinə görə dünyada ərzaq böranı yox, qiymət böhranı hökm sürür. O, həmçinin əlavə edib ki, tələb və təklif arasında hər hansı uyğunsuzluq yoxdur. Hətta bazarda ərzaq təklifi son 10 ildə artıb və bu da əhalinin artım tempi ilə müqayisədə daha çoxdur. Bununla belə Sandaram ərzaq qiymətlərinin artmasının mükün səbəblərinə də toxunub və bildirib ki, buna səbəb dolların ucuzlaşması və inkişaf etmiş ölkələrin iqtisadiyyatının zəifləməsidir. Bundan əlavə, o, bioyanacaqdan istifadəni də qiymət artımına təsir göstərən amil hrsab edir. Xatırladaq ki, 2008-ci ilin ilk 3 ayında ərzaq qiymətləri 53 faiz artıb. Bu meylin hələ davam edəcəyi proqnozlaşdırılır. Bu isə aclıq həddində olan ölkələrin fəlakəti deməkdir. Artıq ölkələr süni yaradılmış böhranla üz-üzə qalmamaq məqsədi ilə yerli bazarı qoruyacaq addımlar atırlar. Onlar daxildə bolluq yaratmaq məqsədi ilə xaricə ərzaq ixracını dayandırır və ya minimuma endirir. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 03.07.2008 00:58 © anspress.com |