"Kapitalbank"ın özəlləşdirilməsi başa çatıb
Hərracın nəticələrinə uyğun olaraq, "Ata holdinq" və "Paşa holdinq" "Kapitalbank"ın hərəyə 30 faiz səhminə sahib olub

Azərbaycanın ikinci ən böyük bankı olan "Kapitalbank"ın özəlləşdirilməsi başa çatıb. Dövlət Əmlak Komitəsinin məlumatına görə, bankın səhmlərinin 5 faizi əmək kollektivinə, 10 faizi isə digər fiziki şəxslərə satılıb. Bankın səhmlərinin əsas hissəsi 85 faizi isə ölkənin bir neçə maliyyə qurumu tərəfindən özəlləşdirilib. İki mərhələdə aparılan hərracın nəticələrinə uyğun olaraq, "Ata holdinq" və "Paşa holdinq" "Kapitalbank"ın hərəyə 30 faiz səhminə sahib olub. Səhmlərin 15 faizi xalq sığorta şirkətinə, 10 faizi isə "Azərsun"a çatib. Komitədən verilən məlumata görə, artıq yeni səhmdarldarın hər biri ilə alqı-satqı müqaviləsi imzalanıb. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 03.07.2008 02:03

© anspress.com