Bu gün Aşıq Şəmşirin 115 illik yubileyi qeyd olunacaq
Tədbir saat 17.00-da Rəşid Behbudov adına Mahnı Teatrında başlayacaq
Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında əməkdar icəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 115 illiyi ilə bağlı yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirin aparıcısı Xalq şairi Zəlimxan Yaqublu olacaq. Tədbirdə tanınmış aşıqlar Mahmud Göyçəli, Tərmeyxan Borçalı, Ramin Borçalı, Aşıq Zülfiyyə, Telli Borçalı, Ədalət Dəlidağlı, Cahangir Gədəbəyli, Dəmir Gədəbəyli və başqaları Aşıq Şəmşirin qoşma və gəraylılarını ifa edəcəklər. Xalq Artisti Zaur Rzayev, Əməkdar Artistlər Gülyaz və Gülyanaq Məmmədovalar, Bilal Əliyev ustad aşığın sözlərinə bəstələnmiş mahnılar oxuyacaq, Xalq Artisti İlham Əsgərov, Şəhla Quliyeva isə şeirlər söyləyəcəklər. Tanınmış aşıqlar Aşıq Şəmşirin həyat və yaradıcılığı ilə bağlı çıxış edəcəklər. /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 30.06.2008 12:11 © anspress.com |