Abituriyentlərə attestatların verilməsi bu gün başa çatıb
Sabah isə ali məktəblərə və orta təhsil bazasında orta ixtisas məktəblərinə 3-cü ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

Bu gün potensial abituriyetnlərə, attestatların verilməsi başa çatıb. Bakı şəhəri üzrə təhsil idarəsinin sektor müdiri Firudin Həmzəyevin sözlərinə görə, bu proses uğurla həyata keçirilib və bütün orta məktəbələrin məzunları istisnasız sənəd ala biliblər. Qeyd edək ki, bu gündən etibarən həmçinin orta məktəbi 9-cu sinifdən bitirənlərə şəhadətnamələrin verilməsinə başlanılıb.

Orta məktəbi bitirən şagirdlərə attestatlar 100 faiz paylanılıb. Bakı şəhəri üzrə təhsil idarəsinin ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyevin sözlərinə görə müəyyən qism məzunlar yalnız şəxsi problemlərinə görə attestatlarını ala bilməyib.

“3 gün əvvəl reyd zamanı müşahidə olunub ki bəzi atetstatlar çatdırılmayıb, 80, 90, faizi gedib götürməyiblər. Biz operativ şəkildə həmin atatestatları valideynlərə çatdırmışıq”.

Qeyd edək ki, bu gün atestatların təqdim olunmasının sonuncu günü idi. Bu gün həmçinin şagirdlərə ali məktəbə 3-cü qrup üzrə sənədlərini təsdiq etmək üçün sonuncu vaxt qoyulmuşdu.

Sabah isə ali məktəblərə və orta təhsil bazasında orta ixtisas məktəblərinə 3-cü ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək. Bunun üçün Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində 67 bina ayrılıb. Buna qədər isə TQDK-nın sədri Məleykə Abbaszadə bildirmişdi ki, orta məktəb məzunlarının attestat almalarında müəyyən problemlər ortaya çıxıb. Onun sözlərinə görə imtahanın başlamasına bir neçə gün qalmış abiteriyentlərin çoxu orta təhsil haqqında sənədlərini təqdim etməyiblər.

Bununla bağlı məzunlar və valideynlər arasında narahatlıq yaranıb. Lakin göründüyü kimi təhsil şöbəsinin səlahiyyətlisi məzunlara attestatların vaxtında təqdim olunmasında heç bir problemin olmadığını deyir. Firidun Həmzəyevin sözlərinə görə sənədləini təsdiq edə bilməyən şagirdlər qeyri kafi qiymət almış və şəxsi problemləri səbəbindən attestat ala bilməyən məzunlardır. Qeyd edək ki, ali məktəblərə sənəd qəbulu hələ martın 31-dən başlamışdı.

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 28.06.2008 23:28

© anspress.com