Elnur Natavan Həbibi ilə iş birliyi qurur
Müğənnilər nakam sevgidən bəhs edən klipdə tərəf müqabili olacaqlar
Müğənni Elnur ikinci albomunu tamamlamaq üzrədir. «İstiot» jurnalının məlumatına görə, müğənni keçən ilin payızında Yaşıl Teatrda verdiyi konserti də disk şəklində satışa çıxarmağı planlaşdırıb. O, sözləri Nüsrət Kəsəmənliyə, musiqisi Cabbar Musayevə aid olan «Başqa birisini sevə bilmərsən» mahnısına klip çəkilişlərinə başlayıb. Nakam sevgidən bəhs edən klipdə Elnurun tərəf müqabili həmkarı Natəvan Həbibi olacaq./ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 27.06.2008 16:18 © anspress.com |