Ukraynalılar tabutda görüşməyə başlayıb
20 metr uzunluğunda olan restoranda «doqquz gün»,«qırx», «cənnətdə görüşərik» adlı yeməklər var

Ukraynada qeyri-adi formalı restoran fəaliyyətə başlayıb. Belə ki, Truskavets rayonunda 20 metr uzunluğunda tabut formasında «Əbədiyyət» adlı restoran müştərilərin qəbul etməyə başlayıb. Restoranın dekorasiyasında çələnglərdən və kiçik ölçülü tabutlardan istifadə edilib. Menyuda isə «doqquz gün», «qırx" adlı salatlar, eləcə də «Cənnətdə görüşərik» adlı yemək var. İçində yemək yeyilən tabutun hazırlanması üçün 30 kubmetr şam ağacından istifadə edilib. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 25.06.2008 17:39

© anspress.com