«Müxalifət partiyaları Ermənistanla yox, bir-biri ilə savaşır»
Sabir Azəri: «Azərbaycana xəyanəti dünyalarını dəyişmiş ata-anamın ruhuna xəyanət kimi qəbul edirəm»

Bəzi müxalifət qəzetləri Azərbayjan Yolu Siyasi Hərəkatının rəhbərliyini Rusiya ilə gizli əlaqədə günahlandırır. Bu ittihamlar, bir sıra müxalifət partiyalarının üzvlərinin bu hərəkata qoşulması barədə məlumatlar yayıldıqdan sonra daha da intensivləşib. AYSH-nin sədr müavini, tanınmış yazıçı Sabir Azəri isə bu ittihamlarla razılaşmır və hesab edir ki, ənənəvi müxalifət, mübarizə hədəfini yanlış seçib.

 - Rəhbərliyində təmsil olunduğunuz AYSH-yə digər siyasi təşkilatlardan olan transferlər böyük rezonans doğurur. Sizin hərəkatınıza olan bu marağı nə ilə izah edərdiniz?


- Əvvəla, gəlin, nətijədən yox, bu prosesə gətirib çıxaran səbəblərdən başlayaq. İlk növbədə ondan ki, transferlərə ehtiyaj nə zaman və nədən yaranır? İnsanın təbiətində axtarışlara, irəliyə və daha yaxşıya doğru meyl həmişə güjü olur. Durğunluq, ardıjıl uğursuzluq, əvvəl-axır, ən mübariz adamı da usandırır. Etiraf edək ki, bizim ən iddialı müxalifət də son illər süstləşib, sanki nətijəsiz çarpışmadan yorulub. Və... məntiqlə izah edilə bilməyən, paradoksal hal baş verir: bu gün müxalifət Azərbayjanı çulğamış bəlaları, dövlətçiliyimizi, müstəqilliyimizi təhdid edən Ermənistanı, onun havadarına çevrilmiş dövlətləri qoyub bir-birləri ilə savaşır.

- Bəs AYSH başqa partiyalardan qopub gələn şəxsləri nə ilə cəlb edir?

- Öz ideyasının ümumilli mahiyyəti ilə. Yəni AYSH siyasi meydana hansı şüarlarla atıldı? Azərbaycanın ərazi bütövlüyünün bərpası, erməni işğalına son qoyulması, qaçqın və məjburi köçkünlərin öz yurdlarına dönməsi... Həm də bu mübarizəni beynəlxalq arenaya çıxartdı, Moskvadan tutmuş dünyanın əksər böyük dövlətlərinin paytaxtlarında erməni şovinistlərinə qarşı kütləvi etiraz aksiyaları keçirdi. Bu da, daxildə gedən hakimiyyət davası fonunda, xalqın diqqətini tez cəlb etdi, öz bəhrəsini verdi, onun tərəfdaşları artdı. AYSH-nın cazibədarlığının başlıca sirrini, bax, bunda axtarmaq lazımdır.

- Bəs onda üzvlərini itirən Müsavatın, ADP-nın, AXCP-nın, AMDP-nın və onların nəzarətində olan qəzetlərin AYSH-yə, ilk növbədə onun lideri İlqar Qasımova qarşı qəzəbinin  kökündə nə dayanır?

- Məsələyə siyasi proseslərin, ijtimai mühitin məntiqi ilə yanaşsaq izahı çətin, dəqiq desək, anlaşılmaz haldır. Hər şeydən önjə, bir ziyalı olaraq deyirəm ki, əgər dostum məndən küsüb ayrılarsa, bunun əsas günahını özümdə arayardım: harada, hansı səhvi buraxdım ki, əqidə yoldaşımı itirdim? Təəssüf ki, müxalifət partiyaları və onların qəzetləri özlərinin şəxsi ambisiyalarından kənara çıxmağı, xalqın mənəvi-sosial-mədəni problemlərinə nüfuz etməyi bajarmadılar, tez-tez yanlış taktikalar seçdilər, hətta dünənəcən korrupsioner saydıqları oliqarxları «demokrat», «vijdan məhbus» saymağa başladılar. Təbii ki, bu da ictimaiyyət tərəfindən müsbət qarşılanmadı. Mən «Düşmənimin düşməni mənim dostumdur» prinsipini qəbul etmirəm, üstəlik ziyanlı siyasət sayıram. İlqar Qasımov isə bu məsələlərdə fərqli yol seçdi və ijtimai rəydə qazandı. Hətta ona qarşı çevrilmiş, əksər hallarda haqsız tənqidlər onun xeyrinə işlədi: Zənnimjə bu, sivil siyasi mübarizə üsulu deyildir. «Kim mənimlə deyilsə, mənim düşmənimdir!» prinsipi də kommunist ideologiyasından qalma,çürük məfkurədir. Tarix də bu məfkurəni tapdalayıb atdı: müxalifət isə hələ də o mərəzdən əl çəkə bilmir. Transfer edən adamlar, misal üçün, Müsavatın Ağstafa şöbəsinin sabiq sədri Fəxrəddin Dəlqi və Qazax rayon təşkilatının sədri Aslan Muradov doğrudan da əqidəli, ləyaqətli insandır. Mən bir şeyə də təəssüflənirəm: bu gün hamı demokratiyadan danışır, lakin demokratiyanın təməl prinsiplərini, niyəsə, unudurlar. Nədir o prinsiplər? Başqasının fikrinə, seçim haqqına hörmətlə yanaşmaq: AYSH-nı seçənlərə də keçmiş jəbhə yoldaşları belə ehtiram, təmkin göstərməlidirlər.

- Baş verənləri müxalifətin parçalanması kimi dəyərləndirmək olarmı?

 -Bu fikirlə razılaşmıram. Azərbayjan müxalifətinin gözəl ənənələri var. Ümid edirəm ki, milli maraqlarımız naminə yaradılmış, Sovet imperiyasını lərzəyə salan o ənənələr gec-tez bərpa ediləcək. Sadəcə olaraq, təmkinli olmaq, hadisələrin gedişini izləmək lazımdır. Zaman bütün suallara dəqiq cavab verəcək.

- İlqar Qasımova ən çox ittiham onun «Rusiyanın adamı» olmasıdır. Bu fikirlə razılaşırsınızmı?

- Qətiyyən! Məgər İlqar Qasımovun günahıdır ki, o Rusiyanın ədliyyə generalıdır? Bu, sadəjə, bir tale yaşantısıdır. Mən Azərbaycana xəyanəti dünyalarını dəyişmiş ata-anamın ruhuna xəyanət kimi qəbul edirəm. Bunu İlqar Qasımov da, məni yaxından tanıyanlar da bilir. Mən İlqar Qasımovun Azərbaycana, dövlətçiliyimizə sədaqətinə inanmasaydım onunla bir yerdə olmazdım.

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 23.06.2008 20:05

© anspress.com