Mərkəzləşdilmiş imtahanlardan kəsilən şagirdlər gələn il keçiriləcək imtahanlara qatıla biləcəklər
Təhsil naziri Misir Mərdanov onların təkrar 11-ci sinifdə oxuya biləcəklərini deyib
Mərkəzləşdilmiş imtahanlardan kəsilən şagirdlər gələn il keçiriləcək imtahanlara qatıla biləcəklər. Təhsil naziri Misir Mərdanov ANS TV-yə müsahibəsində onların 11-ci sinifdə təkrar oxumaqla yalnız qeyri-kafi qiymət aldıqları fəndən imtahan verə biləcəklərini deyib: “Minə qədər şagird təkrar imtahan götürəndə attestat ala bilmədilər. Mən bunu tam təbii hesab edirəm. Çünki, bu həmişə olub, keçən il də olmuşdu. Oğlanlardan əsgərlik yaşı olanlar yəqin ki, hərbi xidmətə getməlidir. Getməyənləri biz bir il də 11-ci sinifdə oxuda bilərik. İstəməyən isə gələn il buraxılış imtahnına qatılaraq hansı fəndən qeyri kafi qiymət alıbsa, o fənddən imtahan verib attestat ala bilər”, deyə nazir bildirib. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 21.06.2008 15:17 © anspress.com |