Bu il magistratura pilləsinə təhsil almaq üçün 4809 yerə 15124 bakalavr sənəd verib
Onlardan 13230 nəfəri Azərbaycan, 1894 nəfəri isə rus bölməsinin məzunlarıdır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009 tədris ili üçün ali məktələrin magistratura pilləsi üçün iyunun 22-də qəbul imtahanları keçirəcək. Bu haqda məlumatı TQDK-nın sədr Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, sənədlərin qəbulu internet vasitəsi ilə aparılıb. «Bu il magistratura pilləsinə təhsil almaq üçün 4809 yerə 15124 bakalavr sənəd verib. Onlardan 13230 nəfəri Azərbaycan, 1894 nəfəri isə rus bölməsinin məzunlarıdır». Onun sözlərinə görə, ərizə verənlərin 9159 nəfəri ali məktəblərin builki, 5965 nəfəri isə ötən illərin məzunlarıdır. 119 nəfər isə xarici ölkə vətəndaşlarıdır». M.Abbaszadənini sözlərinə görə, ərizə verənlərdən 1410 nəfəri ali məktəbələri fərqlənmə diplomu ilə bitirib və onların arasında gəncliyi ilə çoxdan vidalaşan və elmə marağı azalmayan vətəndaşlar da var. «Bu ilki qəbul imtahanlarında ən yaşlı abituriyentin 58 yaşı var. Ümumiyyətlə abituriyentlərin ən yaşlısı 1950-ci il, ən gənci isə 1989-cu ildə doğulub». © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 20.06.2008 13:46 © anspress.com |