Buraxılış imtahanından "2" alan məzunlara növbəti şans verildi
Attestat almaq istəyən məzunlar iyunun 19-da Ankara liseyində növbəti imtahan verməli olacaqlar
Ölkə üzrə orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələri məzunlar və onların arasında böyük narazılığa səbəb olub. Yaranmış problemə aydınlıq gətirən təhsil naziri Misir Mərbanov bildirib ki, qurum bir sıra güzəştlər tətbiq edib. Güzəştlərə görə 10-11-ci sinifləri, eləcə də sınaq imtahanlarını müsbət qiymətlərlə başa vuran, amma sonuncu imtahandan "2" alan məzunlara növbəti şans verilib. « Biz onlarla iyunun 19-da Ankara liseyində növbəti imtahan keçirməyə hazırıq. İmtahanda valideyn, QHT-lər, millət vəkilləri iştirak edəcəklər. Çalışacağıq ki, attest alanların sayını artıraq». © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 14.06.2008 11:47 © anspress.com |