Ali məktəblərə qəbul imtahanlarının vaxtı məlum olub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib. O, ali məktəblərə qəbul imtiahanlarının vaxtını elan edib. Beləliklə III qrup üzrə imtahanlar iyunun 29-da, I-ci qrup iyulun 8-də, II qrup iyulun 14-də, IV qrup iyulun 20-də keçiriləcək. İmtahana buraxılış vərəqəsi iyunun 20-dən sonra veriləcək. Verilən məlumata görə, 116 mindən çox abuturiyent imtahanda iştirak etmək üçün ərizə verib. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 06.06.2008 13:04 © anspress.com |