Bu gün 11-ci sinif şagirdləri sonuncu mərkəzləşdirilmiş test imtahanı verəcək
Bu məqsədlə paytaxtdakı 126 məktəbdən 84-də imtahan mərkəzi yaradılıb
Bu gün orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri sonuncu mərkəzləşdirilmiş test imtahanı verəcəklər. Bakı şəhər Təhsil İdarəsindən verilən məlumata görə, bu məqsədlə paytaxtdakı 126 məktəbdən 84-də imtahan mərkəzi yaradılıb. Şagirdlər 8 fənndən 125 suala cavab verəcəklər. 3 minə yaxın müəllim isə onlara nəzarət edəcək. İmtahanda 27 mindən çox şagird iştirak edəcək. İl ərzində qeyri-kafi qiymət alan 800-ə yaxın şagird imtahanlardan kənarda qalacaq. Ötən il imtahandan kəsilən 900-ə yaxın şagird isə, kəsildiyi fənndən təkrar imtahan vermək imkanı qazanacaq. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 06.06.2008 10:30 © anspress.com |