Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu bu gün başa çatır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, indiyədək sənəd verənlərin sayı 115819 nəfər olub

Azərbaycanın ali məktəblərinin bakalavr pilləsinə və orta (11 illik) təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu bu gün başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, sənəd qəbulu iki mərhələdə aparılıb. Birinci mərhələdə (31 mart - 31 may) abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını şəxsən doldurub, ikinci mərhələdə (11 aprel - 31 may) abituriyent tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarına təqdim edib və elektron ərizəsini təsdiqlədiblər. Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar.

Komissiyadan bildirilib ki, indiyədək sənəd verənlərin sayı 115819 nəfər olub. Onların 103850 nəfəri Azərbaycan, 11969 nəfəri rus bölməsi üzrə sənəd verib. Ümumilikdə abituriyentlərin 36677 nəfəri I, 21699 nəfəri II, 40384 nəfəri III, 17059 nəfəri IV ixtisas qrupu üzrə sənədlərini təqdim edib./APA/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 31.05.2008 15:10

© anspress.com